Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəldi

17:14 - 06 Noyabr 2022

Premyer Liqa: \"Sabah\" \"Səbail\"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Sabah"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 36-cı dəqiqədə Ceyhun Nuriyev, 47-ci dəqiqədə Aleksey Kaşuk vurub.

"Sabah" qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və hələlik liderliyə yüksəlib. "Dənizçilər" 10 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün və turun sonuncu görüşündə "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az