“Liverpul” Londondan Salahın qolları ilə qalib ayrılır - VİDEO

22:44 - 06 Noyabr 2022

“Liverpul” Londondan Salahın qolları ilə qalib ayrılır - VİDEO

İngiltərə Premyer Liqasının 15-ci turunda “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub.

 

Manset.az xəbər verir ki, qarşılaşmaya qonaqlar fəal başlayıblar. 11-ci dəqiqədə M.Salah hesabı açıb. 40-cı dəqiqədə misirli futbolçu özünün və komandasının ikinci qolunu vurub.

“Tottenhem” ikinci hissədə H.Keyninin qolu ilə hesabı minimuna endirsə də, bundan artığına gücü çatmayıb.

Xallarının sayını 19-a çatdıran “Liverpul” səkkizinci pilləyə yüksəlib. “Tottenhem” isə 26 xalla dördüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az