Azərbaycan millisinin futbolçusu “Qarabağ”da 300-cü oyununu keçirdi

14:47 - 07 Noyabr 2022

Azərbaycan millisinin futbolçusu “Qarabağ”da 300-cü oyununu keçirdi

Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XIII turunda “Kəpəz”lə matça təsadüf edib.

Hüseynov 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana sonradan daxil olub. Debütü 2012/2013 mövsümünə təsadüf edən oyunçu bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə dörd qola imza atıb.

O, “köhlən atlar”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az