Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
Manset.az xəbər verir ki, turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edəcək.
Bu turun “Zirə” - “Səbail” və “Neftçi” - “Qəbələ” matçları sabah, “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” oyunları isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
XIV tur
11 noyabr
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Şamaxı şəhər stadionu, 14:30