“Sabah” “Qarabağ”a, “Kəpəz” “Turan Tovuz”a qarşı

13:25 - 13 Noyabr 2022

“Sabah” “Qarabağ”a, “Kəpəz” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” qərb derbisində “Turan Tovuz”u qəbul edəcək.

Günün və turun son matçında isə lider “Qarabağ” əsas izləyicisi “Sabah”ın qonağı olacaq.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Sumqayıt”ı 4:2, “Zirə” “Səbail”i 1:0, “Neftçi” “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası

XIV tur

13 noyabr

“Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev.

Gəncə şəhər stadionu, 14:30.

“Sabah” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev

Masazır. “Bank Respublika Arena”, 17:00.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az