"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov

16:00 - 13 Noyabr 2022

\"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm\" - Renat Dadaşov

"Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm".

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov evdə "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının XVI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu komanda şəklində yaxşı müdafiə olunduqlarını bildirib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".

Forvardın sözlərinə görə, mövsümün ilk yarısında çoxlu eniş-yoxuş olsa da, 20 xal toplamağı bacarıblar: "Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə oyunun 34-cü dəqiqəsində fərlqənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az