Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Manset.az Offsideplus.az-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi vaxtilə bu klubun formasını geyinmiş əfsanəvi George Hacinin oğlu İanis Hacini sıralarına qatmağa yaxındır.
"Cim-bom" rəhbərliyi 24 yaşlı rumıniyalı hücumçu üçün Şotlandiya "Reyncers"inə təklif göndərib. Haci hazırda "Qalatasaray"ın baş məşqçisi Okan Burukun sərəncamında görmək istədiyi əsas futbolçudur.
Qeyd edək ki, George Haci 1996-2001-ci illərdə Super Liqa təmsilçidində forma geyinib.