"Qarabağ" klubu transferlərdən neçə milyon qazandı? - MƏBLƏĞ

16:01 - 01 Fevral 2023

\"Qarabağ\" klubu transferlərdən neçə milyon qazandı? - MƏBLƏĞ

Ağdam təmsilçisi "Qarabağ" klubu qış transfer pəncərəsi zamanı 3 futbolçusunu satıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, klub bu transferlər nəticəsində büdcəsini xeyli artırıb.

Belə ki, nüfuzlu Almaniya portalı olan "Transfermarkt"dəki rəqəmlərə əsasən, "Qarabağ" klubu təkcə 3 transferdən 3,3 milyon avro (6 milyon AZN) qazanıb.

"Köhlən atlar"ın düşərgəsini Kadi Borges - 2 milyon avro, İbrahima Vadji - 1 milyon avro və Kvabena Ovusu - 300 min avroluq transferlə tərk edib.

Qeyd edək ki, adı çəkilən futbolçular "Qarabağ"ı Rusiyanın "Krasnodar", Fransanın "Sent Etyenn" və Macarıstanın "Ferentsvaroş" klublarına dəyişiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az