Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

23:03 - 01 Fevral 2023

Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

 

Manset.az xəbər verir ki,  57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

***18:51

Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.

 

 

Manset.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.

70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az