"Qalatasaray"dan iki transfer bombası birdən: "Çelsi" və "Roma"nın ulduzları!

12:50 - 02 Fevral 2023

\"Qalatasaray\"dan iki transfer bombası birdən: \"Çelsi\" və \"Roma\"nın ulduzları!

 

Türkiyə Super Liqasının lideri "Qalatasaray" transfer pəncərəsi bağlanmadan öncə iki keçid reallaşdıra bilər.

 

Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki,  "Roma" klubunda ayrılmaq istəyən Nikolo Zaniolo karyerasını Türkiyədə davam etdirə bilər. İtaliyalı ulduzun agenti onu "Cim-Bom"a təklif edib. Klublar arasında razılıq əldə olunarsa, Zaniolo icarə əsasında "Qalatasaray"da çıxış edə bilər. 

Bundan əlavə, "Çelsi"nin amerikalı futbolçusu Kristian Pulişiç də "sarı-qırmızılar"a keçid edə bilər. Oyunçunun agenti ötən günlərdə "Nef stadionu"nda "Qalatasaray"ın matçını izləyib. Şərtlər uyğun olarsa, Türkiyə təmsilçisi Pulişiçi heyətinə cəlb edəcək.

Qeyd edək ki, Avropada transfer dönəmi yanvarın 31-də başa çatsa da, Türkiyədə 8 fevrala qədər davam edəcək. Avropa klubları bu vaxta qədər futbolçularını göndərə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az