AFFA Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək üçün maliyyə ayırıb.
Manset.az xəbər verir ki, çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınıb.
AFFA tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 000 (beş yüz min) Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürülüb.