Premyer Liqada XXII tur bitdi: Meydan sahibləri qələbə qazandı

20:29 - 12 Fevral 2023

Premyer Liqada XXII tur bitdi: Meydan sahibləri qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in heyətində 48-ci dəqiqədə David Qomis, 78-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Səbail" 7-ci pillədəki "Şamaxı"ya çatıb. "Qartallar" isə 32 xalla 4-cü sıradadır.

Günün ikinci oyununda "Sumqayıt" "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin heyətində 24-cü dəqiqədə Kərim Abubakar fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib. Qonaqlar isə 8-cı sıraya enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ” ilə "Neftçi” qolsuz bərabərə qalıblar, "Turan Tovuz” "Kəpəz”ə (2:0) qalib gəlibsə, "Qarabağ” - "Sabah” görüşündə heç-heçə qeydə alınıb - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az