Çempionlar Liqasında daha 2 oyun

10:05 - 15 Fevral 2023

Çempionlar Liqasında daha 2 oyun

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. “Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə daha 2 matç keçiriləcək. 

Almaniyada Dortmund "Borussiya"sı "Çelsi" ilə üz-üzə gələcək. 

Digər oyunda isə "Benfika" (Portuqaliya) Belçika "Brügge"sinin qonağı olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

15 fevral

00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az