Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxdı

23:16 - 27 Mart 2023

Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxdı

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.

Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.

Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az