"Qalatasaray" - "Adana Dəmirspor" matçına damğasını vuran adlardan biri də Mauro İkardi olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, argentinalı hücumçu bu dəfə vurduğu qolla deyil, 84-cü dəqiqədə oyundan kənarlaşdırılmasına reaksiyası ilə diqqət çəkib.
Kənarlaşdırıldıqdan sonra ehtiyat oyunçular skamyasına getmək əvəzinə birbaşa soyunub-geyinmə otağına gedən İkardi matçdan sonra qələbə şənliyinə də qatılmayıb və sürətlə stadionu tərk edib.
İkardi "Adana Dəmirspor" matçında etdiyi davranışa görə cəzalandırılmayacaq.
Manşet.az