“Messini fitə basmaq futbola təhqirdir” - PSJ-ni sərt tənqid etdi

11:30 - 04 Aprel 2023

“Messini fitə basmaq futbola təhqirdir” - PSJ-ni sərt tənqid etdi

Fransa millisinin keçmiş futbolçusu Emmanuel Peti PSJ azarkeşlərinin Lionel Messini fitə basmalarına münasibət bildirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, 52 yaşlı sabiq yarımmüdafiəçi argentinalını komandanı tərk etməyə çağırıb:

“Messini fitə basmaq futbola təhqirdir. İndi o klubdan get, Leo. Bu, futbol klubu deyil. PSJ-də heç bir oyunçu inkişaf etməyib, bu, Messinin günahı deyil”.

Xatırladaq ki, Liqa 1-də “Lion”la matçdan öncə komandanın heyəti açıqlanarkən Lionel Messinin adı çəkiləncə azarkeşlər onu fitə basıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az