Super Liqa klubunda yeni baş məşqçi

19:38 - 04 Aprel 2023

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin "Kasımpaşa" komandasının yeni baş məşqçisi bəlli olub.

 

Manset.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Kemal Özdeş çalıdşıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli baş məşqçi bu vəzifədə Selçuk İnanı əvəzləyib.

Xatırladaq ki, K.Özdeş üçüncü dəfə "Kasımpaşa"nın sükanı arxasına keçir. O, daha əvvəl 2016-2018-ci illər aralığında və 2019-cu ildə İstanbul təmsilçisinə rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az