Bu gün “El-Klassiko” var - AFİŞA

09:31 - 05 Aprel 2023

Bu gün “El-Klassiko” var - AFİŞA

Bu gün İspaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, ikinci finalçının adına “El-Klassiko”da aydınlıq gələcək. “Barselona” və “Real Madrid” “Kamp Nou”da münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Madriddə keçirilmiş ilk görüşdə kataloniyalılar minimal hesablı (1:0) qələbə qazanıblar.

İspaniya Kubokunda ilk finalçı Bilbao “Atletik”ini mübarizədən kənarlaşdıran “Osasuna” olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az