"Beşiktaş"a məğlubiyyətdən sonra "Fənərbaxça"nın baş məşqçisi Xorxe Xesus və prezident Əli Koçun gələcəyi və verəcəyi qərarlar müzakirə olunmağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prezident Əli Koçun hansı qərarı verəcəyi ictimaiyyətin ən çox maraqlandığı məsələlərdəndir.
Dünən günortaya qədər portuqaliyalı məşqçi ilə Əli Koç arasında əlaqə olmayıb. Ancaq günortadan sonra prezident Koç və menecer dostları Samandıra Can Bartu Təsislərinə gedərək mövsümün sonuna qədər Xesusa dəstək olacaqlarını nümayiş etdiriblər.
Rəhbərlikdə Xesusun göndərilməsi kimi bir məsələ gündəmdə olmayıb.
Xorxe Xesusun 1 illik müqaviləsi var. 2 aya bitəcək. Yəni işinə xitam verilsə belə, 2 aylıq debitor borcunu yığa bilər. Lakin o, mövsümün sonuna qədər davam edəcək.
Manşet.az