Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa oynayan “Mançester Siti” “Lester”i sınağa çəkəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq. Lider “Arsenal” sabah saat 17:00-da “Vest Hem”in qonağı olacaq. “Mançester Yunayted” isə səfərdə “Nottingem”in müqavimətini qırmağa çalışacaq.
Fransa Liqa 1-də lider PSJ ən yaxın izləyicisi “Lans”la münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlanacaq.
Almaniya Bundesliqasında çempionluğa oynayan “Bavariya” və “Borussiya” eyni gündə, eyni saatda meydana çıxacaqlar. Bu gün 17:30-da baş tutacaq qarşılaşmalarda Münhen klubu “Hoffenhaym”ı əliboş yola salmağa çalışacaq, Dortmund təmsilçisi isə “Ştutqart” səfərində uğur əldə etmək istəyəcək.
İtaliya A Seriyasında lider “Napoli” bu gün öz meydanında “Verona”nı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Saat 17:00-da “Milan” “Bolonya” səfərində meydana çıxacaq, 22:45-də isə “İnter” “Montsa” ilə üz-üzə gələcək. Sabah “Yuventus” “Sassuolo”nun qonağı olacaq, “Roma” isə “Udineze”ni qəbul edəcək.
İspaniya La Liqasında bu gün saat 23:00-da “Real Madrid” “Kadis”in qonağı olacaq. Lider “Barselona” sabah meydana çıxacaq. Katalonlar saat 18:15-də səfərdə “Xetafe” ilə üz-üzə gələcəklər. “Atletiko” isə “Almeriya”nı sınağa çəkəcək.
Türkiyə Super Liqasında bu gün “Fənərbağça” “Ankaragücü”nün müqavimətini qırmağa çalışacaq. Matç saat 21:30-da başlayacaq. Sabah isə “Beşiktaş” uğursuz mövsüm keçirən “Trabzonspor”un qonağı olacaq.
Həftəsonunun ən maraqlı oyunları
15 aprel
İngiltərə Premyer Liqası
20:30. “Mançester Siti” - “Lester”
Fransa Liqa 1
23:00. PSJ - “Lans”
Almaniya Bundesliqası
17:30. “Bavariya” - “Hoffenhaym”
17:30. “Ştuttqart” - “Borussiya” (Dortmund)
İtaliya A Seriyası
17:00. “Bolonya” - “Milan”
20:00. “Napoli” - “Verona”
22:45. “İnter” - “Montsa”
İspaniya La Liqası
23:00. “Kadis” - “Real Madrid”
Türkiyə Super Liqası
21:30. “Fənərbağça” - “Ankaragücü”
16 aprel
Premyer Liqa
17:00. “Vest Hem” - “Arsenal”
19:30. “Nottingem” - “Mançester Yunayted”
A Seriyası
20:00. “Sassuolo” - “Yuventus”
22:45. “Roma” - “Udineze”
La Liqa
18:15. “Xetafe” - “Barselona”
20:30. “Atletiko” - “Almeriya”
Super Liqa
21:30. “Trabzonspor” - “Beşiktaş”