Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.
Manset.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.
O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar.
Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq.
***20:58
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Manset.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.
O, həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.
Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.
***20:14
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Manset.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.
O, həlledici qarşılaşmada Süleyman Atlı (Türkiyə) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.