“Əl-Nəsr”dən Ronaldo ilə bağlı AÇIQLAMA

13:16 - 21 Aprel 2023

“Əl-Nəsr”dən Ronaldo ilə bağlı AÇIQLAMA

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçusu Kriştianu Ronaldu ilə bağlı yaşanan qalmaqala görə bəyanat yayıb.

 

Manset.az  xəbər verir ki, portuqaliyalı futbolçu ölkə çempionatında “Əl-Hilal”a qarşı çempionat oyununda (0:2) meydanı tərk edərkən tribunadan azarkeşlər Messinin adını qışqıran zaman ədəbsiz jest edib. Bundan sonra onun ölkədən deportasiya edilməsi ilə bağlı çağırışlar edilib.

Klubun məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib:

“Ronaldu zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədən zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”.

Xatırladaq ki, Genuya Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd ədəbsiz jestinə görə Ronaldunun həbsi və ölkədən deportasiyası üçün Səudiyyə Ərəbistanı Prokurorluğuna sorğu göndərmək niyyətində olduğunu açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az