“Qarabağ”dan azarkeşlərinə bayram jesti

15:29 - 21 Aprel 2023

“Qarabağ”dan azarkeşlərinə bayram jesti

“Qarabağ” futbol klubu Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

 

Manset.az  Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması - “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.

“Qarabağ” - “Zirə” matçı saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az