Elitanı tərk edən komanda bu gün müəyyənləşəcək - Azərbaycan Premyer Liqası

09:29 - 27 May 2023

Elitanı tərk edən komanda bu gün müəyyənləşəcək - Azərbaycan Premyer Liqası

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

“Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. “Qəbələ” məğlub olmasa, avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri olan “Səbail” və “Şamaxı” “ASCO Arena”da münasibətlərə aydınlıq gətirəcəklər. “Dənizçilər”ə elitada qalmaq üçün heç-heçə də kifayət edəcək. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30. “Sumqayıt” - “Zirə”

17:30. “Qəbələ” - “Kəpəz”

20:00. “Səbail” - “Şamaxı”

28 may

“Neftçi” - “Sabah”

“Qarabağ” - “Turan Tovuz”

Turnir cədvəli

1. “Qarabağ” - 87 xal

2. “Sabah” - 81 xal

3. “Neftçi” - 65 xal

4. “Qəbələ” - 49 xal

5. “Zirə” - 47 xal

6. “Turan Tovuz” - 39 xal

7. “Kəpəz” - 30 xal

8. “Sumqayıt” - 31 xal

9. “Səbail” - 26 xal

10. “Şamaxı” - 25 xal


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az