UEFA "Qarabağ"a ödəniş etdi

17:00 - 12 İyul 2023

UEFA \"Qarabağ\"a ödəniş etdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti dəfə "Qarabağ" futbol klubuna ödəniş edib.

 

Manset.az bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir.

Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştirak etdiyi üçün "Qarabağ"a 27 min 943 avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az