“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, Kataloniya təmsilçisinin yaydığı məlumata görə, Braziliyanın “Atletiko Paranaense” klubundan Vitor Roke transfer olunub.
Tərəflər dörd illik müqavilə imzalayıblar. 18 yaşlı hücumçu 2023/24 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.
Qeyd edək ki, gənc forvard bir dəfə Braziliya millisinin də formasını geyinib.