Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

18:37 - 03 Avqust 2023

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

 

Manset.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az