"Neftçi" Konfrans Liqasında "Beşiktaş"la qarşılaşacaq

08:15 - 04 Avqust 2023

\"Neftçi\" Konfrans Liqasında \"Beşiktaş\"la qarşılaşacaq

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Manset.az-ın məlumatına görə, "ağ-qaralar" növbəti raundda Türkiyə "Beşiktaş"ı ilə üz-üzə gələcək.

İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Albaniyada "Tirana"ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən (3:1) "qara qartallar" iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.

Qeyd edək ki, III raundun qarşılaşmaları 10-17 avqustda olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az