Eminin bu hərəkəti hər kəsi duyğulandırdı - VİDEO

09:09 - 04 Avqust 2023

Eminin bu hərəkəti hər kəsi duyğulandırdı - VİDEO

“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

 

Manset.az xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Matçdan sonra Bakı təmsilçisinin futbolçuları azarkeşlərlə qələbə sevincini qeyd ediblər. "Neftçi"nin kapitanı Emin Mahmudovun addımı isə hər kəsi duyğulandırıb. 

Belə ki, Emin Mahmudovun oyundan sonra formasını azarkeşlərdən birinə təqdim edib. Bu azarkeşin fiziki məhdudiyyətli yeniyetmə olması isə Mahmudova sevgini bir qədər də artırıb. "Neftçi"nin kapitanından formanı alan yeniyetmə buna görə çox sevinib. 

Görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az