Cüdoçularımız daha üç medal qazandılar - MDB Oyunları

19:14 - 06 Avqust 2023

Cüdoçularımız daha üç medal qazandılar - MDB Oyunları

Azərbaycanın daha üç cüdoçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.

 

Manset.az  xəbər verir ki, qızların mübarizəsində Nilgün Rzayeva (57 kq) və Zeynəbxanım Əsədova (70 kq), oğlanlardan isə Mehdi Abbasov (73 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq) və Cəsur İbadlı (66 kq) qızıl, Xədicə Abdullayeva (40 kq) və Aytən Verdiyeva (52 kq) isə bürünc medala sahib çıxıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az