"Vulverhempton"un (İngiltərə) yeni baş məşqçisi müəyyənləşib.
Manset.azq xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Komanda Qari O'Nilə tapşırılıb. Onunla 3 illik müqavilə imzalanıb.
Mütəxəssis bu vəzifədə Xulen Lopeteqini əvəzləyib.
O'Nil daha əvvəl "Bornmut"a baş məşqçilik edib (2022-2023).