UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça” səfərdə “Maribor”la qarşılaşıb.
Manset.az T24-də istinadən məlumat verir ki, mübarizə Fənərbaxçanın 1-0 üstünlüyü ilə davam edərkən iki komandanın tərəfdarları arasında dava düşüb. Davadan sonra matç dayandırılıb.
Daha sonra UEFA rəsmiləri “Fənərbaxça” azarkeşlərindən tribunaları tərk etmələrini istəyib və sarı-göylü azarkeşlər stadiondan uzaqlaşdırılıb.
Qarşılaşmanın əvvəlindən etibarən Sloveniya tribunalarının irqçi şüarlarının da gərginliyi artırdığı öyrənilib.
Təxminən 20 dəqiqə sonra “Fənərbaxça” azarkeşlərinin tribunaları boşaltması üçün anons edilib. Bu hadisələr zamanı Sloveniya polisinin Fənərbaxça azarkeşlərinə qarşı gözyaşardıcı qazla müdaxilə etdiyi görülüb.
Jalə
Manşet.az