Azərbaycan cüdoçusu Qran-pridə finala vəsiqə qazandı

17:30 - 18 Avqust 2023

Azərbaycan cüdoçusu Qran-pridə finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.

 

Manset.az report-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Fransa təmsilçisi Teo Raoul Hebrarda qalib gəlib.

Yusifov qızıl medal uğrunda görüşdə Dilşot Xalmatov (Ukrayna) - Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az