Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor"un yeni baş məşqçisi müəyyənləşib.
Manset.az xəbər verir ki, Türkiyə 1-ci Liqa təmsilçisini Mustafa Gürsel çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, bu gün istefaya göndərilən Mustafa Eri əvəzləyib.
Qeyd edək ki, çempionatda 4 turdan sonra 2 xal toplayan "Ümraniyespor" turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.