Qətər 2023-cü il Asiya Kuboku gəlirlərini Fələstinə bağışlayaq

20:08 - 20 Noyabr 2023

Qətər  2023-cü il Asiya Kuboku gəlirlərini Fələstinə bağışlayaq

Qətər 2023-cü il Asiya Kuboku gəlirlərini Fələstinə bağışlamağa qərar verib.

 

Manset.az xəbər verir ki, bu barədə Asiya Kubokunun Yerli Təşkilat Komitəsinin sədri Şeyx Həməd bin Xəlifə Al Tani açıqlama verib.

Şeyx Həməd bin Xəlifə Al Tani açıqlamasında futboldan Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyin bir vasitəsi kimi istifadə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib və son hadisələr fonunda Fələstinə, bu çətin zamanda dəstək olmaq üçün lazım olan bütün yardımı edəcəklərini bildirib. 

Al Tani "Buna görə də Qətərdə keçirilən Asiya Kubokundan əldə etdiyimiz bilet gəlirini Fələstində çox ehtiyac duyulan yardım işlərinə bağışlamağa qərar verdik" deyib.

Biletdən əldə olunan vəsait çox ehtiyac duyulan tibbi dəstək və ərzaq yardımı üçün istifadə olunacaq.

Qeyd edək ki, Qətər 1988 və 2011-ci illərdə uğurla ev sahibliyi edərək üçüncü dəfə Asiya Kubokuna ev sahibliyi edəcək. 24 komandanın iştirak edəcəyi Asiya Kuboku çərçivəsində 12 yanvar - 10 fevral 2024-cü il tarixləri arasında Qətərin 9 stadionunda 51 qarşılaşma keçiriləcək.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az