Bu axşam Çempionlar Liqasında qrupun ən kritik matçına çıxacaq "Qalatasaray" doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 4-cü matçın yekunlarına görə 4 xalla 3-cü pillədə qərarlaşan "Qalatasaray"ı növbəti mərhələyə çıxaracaq ehtimallar bunlardır.
"Qalatasaray" bu axşam "Mançester Yunayted"ə qalib gəlsə və sonra "Kopenhagen"dən 3 xalla ayrılsa, digər matçlarının nəticəsindən asılı olmayaraq, son 16 turda yer alacaq.
"Qalatasaray” “Mançester Yunayted”ə qalib gəlsə, “Kopenhagen” isə “Bayer”ə xal itirsə, “Qalatasaray” “Kopenhagen”ə 1 xal bəs edəcək.
Əgər “Qalatasaray” “Mançester Yunayted”ə uduzsa, son bir həftədə “Kopenhagen”dən 3 xal almalıdır.
Ancaq Danimarkadakı qələbə sarı-qırmızılılara kifayət etməyəcək və “Qalatasaray” “Mançester Yunayted”in “Bavariya”ya uduzmasını gözləyəcək.
Əfsanə
Manşet.az