Arda Turandan fırıldaqçılıq iddialarına cavab - FOTO

18:42 - 29 Noyabr 2023

Arda Turandan  fırıldaqçılıq iddialarına cavab - FOTO

“Barselona” və Türkiyə millisinin sabiq futbolçusu Arda Turan dələduzluq  hadisəsi ilə bağlı susqunluğunu pozub.

 

Manset.az xəbər verir ki, Turan bununla bağlı  İnstaqram hesabında paylaşım edib.

Turan bildirib ki,  "Məhkəmə orqanlarına sövq edilən bir proses var. Ədalətə hörmətimdən bu mövzuda bir kəlmə də olsa açıqlama verməmişəm, etməyəcəyəm də. Xahiş edirəm mənim  adımla yayılan sözlərə inanmayın”.

Qeyd edək ki, İstanbulun Levent şəhərindəki Denizbank şöbəsində bank müdiri vəzifəsində çalışan Seçil Erzan, aralarında Arda Turan, Fernando Muslera, Emre Belözoğlu və Selçuk İnan da daxil olmaqla 18 nəfəri 'Fatih Terim Fondu' adı altında cəmi 25 milyon sərmayə qoymağa dəvət edib. yüksək gəlirli xüsusi və etibarlı fond vədi ilə 770 min dollar və 7 milyon 384 TL pul aldatdığı üzə çıxıb.

Hadisənin məhkəməyə getməsindən sonra təfərrüatlar üzə çıxsa da, Seçil Erzana ən çox pul itirənin Arda Turanın olduğu müəyyənləşib. Turanın 7 milyon 500 min dollar itirdiyi öyrənilib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv