Çempionlar Liqasında "Qalatasaray"ı yandıran hakimin hərəkətləri gündəm oldu

15:00 - 30 Noyabr 2023

Çempionlar Liqasında \"Qalatasaray\"ı yandıran hakimin hərəkətləri gündəm oldu

Çempionlar Liqasının 5-ci həftəsində keçirilən “Bavariya” – “Kopenhagen” matçının baş hakimi Stefani Frappart “Qalatasaray”ın qrupdan çıxmasından sözün əsl mənasında yararlanıb və son saniyədə ləğv etdiyi penalti ilə Kopenhagenə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, penalti qərarından sonra Frappartın VAR xəbərdarlığı ilə bağlı hərəkəti gündəm olub. 

Frappart VAR xəbərdarlığından sonra mövqeyi izləmək üçün VAR monitoruna keçmək istəyib. Lakin monitorun yerini unudaraq yanlış yerə qaçmağa başlayıb. Frappart xəbərdarlıqdan sonra monitorun yerini tapıb.

Stefani Frappartın penaltiyə VAR monitorunda baxaraq son saniyədə ləğv etməsindən sonra Kopenhagen Almaniyadan 1 xalla qayıdıb. Beləliklə, Danimarka yığması qrupdan çıxmaq yolunda üstünlük əldə edərək, top fərqinə görə “Qalatasaray”ı qabaqlayaraq 2-ci yeri tutub.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az