Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol oyun qaydalarına etdiyi yeni əlavələrlə futbol dünyasına əhəmiyyətli dəyişiklik gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şuranın oyun qaydalarına əlavə etdiyi narıncı kart ilə futbolçulara müəyyən müddətə oyun xarici qalma qadağası qoyub.
Yeni təcrübə oyunçuların narıncı kart aldıqları zaman 10 dəqiqə kənarda gözləmələrini tələb edir.
Bu yeni kart tətbiqinin önümüzdəki mövsümlərdə, xüsusilə Premyer Liqa kimi yüksək səviyyəli liqalarda sınaqdan keçirilməyə və tətbiq olunmağa başlanacağı gözlənilir.
Yeni kartın futbol oyununun dinamikasını dəyişə biləcəyi düşünülür.
Əfsanə
Manşet.az