Azərbaycan - Rumıniya oyununun hakimləri AÇIQLANDI

18:20 - 30 Noyabr 2023

Azərbaycan - Rumıniya oyununun hakimləri AÇIQLANDI

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində evdə Rumıniya yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

 

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviç qorumağa çalışacaqlar. "Timekeeper" isə azərbaycanlı Ramil Namazov olacaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Rumıniya görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az