FIA pilotları Prize-Giving mərasimi üçün Bakıya gələcək

20:17 - 30 Noyabr 2023

FIA pilotları Prize-Giving mərasimi üçün Bakıya gələcək

Dekabrın 8-də Bakıda ilk dəfə keçiriləcək FIA Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony üçün 2023-cü ilin birincilik qazanmış pilotlarının paytaxtımıza gəlişi nəzərdə tutulub.

 

Manset.az xəbər verir ki, artıq qalib pilotlar Maks Ferstappen (Formula 1 qalibi), Johan Kristoffersson (FIA Rallikross çempionu), Paolo İppolito (Mondokart.com FIA Kartıng Dünya çempionu) və digərləri Bakıda mükafatlandırma mərasimində iştiraklarını təsdiq ediblər.

Mükafatlandırma mərasimini Bakıdan canlı yayımla FIA-nın “YouTube” kanalında izləmək mümkün olacaq.

2011-ci ildən keçirilən və idman sahəsində ilin ən möhtəşəm hadisələrindən sayılan FIA Mükafatlandırma mərasimi FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nöminasiyalarda mükafatlar təqdim edilir.

Prize-Giving Ceremony bu vaxtadək Monako, Nyu-Dehli, İstanbul, Paris, Doha, Vyana, Sankt-Peterburq, Cenevrə və Bolonyada keçirilib.

Bakıdakı Prize-Giving Ceremony də yaddaqalan və möhtəşəm məqamlar vəd edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az