4 uşaq atası Serxio Ramos arvadından ayrılır

06:08 - 01 Dekabr 2023

4 uşaq atası Serxio Ramos arvadından ayrılır

"Sevilya"nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.

 

Manset.az  lent.az-a istinadla bildirir ki, "El Desmarque" cütlüyün yaxın adamlarına istinadən xəbər verir. Cütlük 11 ildir ki, münasibətdədir. Onlar 2019-cu ildə evlənib və dörd övladı var.

"El Desmarque" Ramos və Rubioya yaxın insanların dediklərindən sitat gətirir: "Ailənin dağılması bir neçə günün məsələsidir".

Bir neçə gün əvvəl cütlükdə böhranla bağlı şayiələr yayılıb və bu, indi ictimaiyyətdə təsdiqlənir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az