Kadinin “Qarabağ”a qayıdıb-qayıtmayacağı dəqiqləşdi

07:40 - 01 Dekabr 2023

Kadinin “Qarabağ”a qayıdıb-qayıtmayacağı dəqiqləşdi

Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Roberto Alisk futbolçunun yaxın karyera planlarından danışıb.

 

Manset.az-ın məlumatına görə, o, bildirib ki, Kadi Rusiyanı bəyənir və qışda yeni klub axtarmağı planlaşdırmır.

Qeyd edək ki, 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a keçib.

Onun transfer təzminatı 2 milyon avro təşkil edib.
Bu mövsüm futbolçu yeni klubunda bütün turnirlərdə 21 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.//oxu.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az