İngiltərənin “Şeffild Yunayted” klubunun yeni baş məşqçisi bəlli olub.
Manset.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqasının təmsilçisini Kris Uaylder çalışdıracaq.
Onunla 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.
56 yaşlı mütəxəssis 2016-2021-ci illərdə də "Şeffild Yunayted"in baş məşqçisi olub.
Qeyd edək ki, "Şeffild Yunayted" Premyer Liqada 5 xalla sonuncu pillədə qərarlaşıb.