A seriyasının tarixinə düşdü

01:08 - 06 Dekabr 2023

A seriyasının tarixinə düşdü

"Latsio”nun futbolçusu Çiro İmmobile A seriyasında tarixi rekorda imza atıb.

 

Manset.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər veri rki, 33 yaşlı hücumçu A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu kimi turnirin tarixinə düşüb.

İtaliya millisinin üzvünün “Salernitana” ilə oyunda (1:2) penaltidən vurduğu top 100-cü səfər qolu kimi əlamətdar olub.

İkinci yerdə Joze Altafini qərarlaşıb. O, 1958-1976-cı illər aralığında 95 qol vurub. 1992-2017-ci illər aralığında oynamış Françesko Totti isə 89 qolla bu siyahıda üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az