"Azərbaycandan rəsmi təklif gözləyirəm" - Şenol Güneş

17:43 - 08 Dekabr 2023

\"Azərbaycandan rəsmi təklif gözləyirəm\" - Şenol Güneş

Şenol Güneş Azərbaycandan təklif gözlədiyini deyib.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, "Beşiktaş"la yollarını ayıran Şenol Günəş Azərbaycan milli komandasından təklif aldığını təsdiqləyərək rəsmi dəvət gözlədiyini açıqlayıb.

O, Azərbaycan milli komandasının baş məşqçisi olmaqdan qürur duyardım deyə bildirib:

"Hazırda Avstriyada dincəlirəm. Azərbaycan millisində çalışmaqdan qürur duyardım. Müəyyən insanlardan təklif almağıma baxmayaraq, rəsmi təklifin gəlməsini gözləyirəm. Azərbaycan futbolu yüksəliş mərhələsini yaşayır, buna görə də edilən təklifi qarşı tərəflə oturub danışmaq lazımdır".

Qeyd edək ki, Şenol Günəş pis nəticələrə görə 6 oktyabr 2023-cü ildə vəzifədən istefa verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv