Baş direktor əmri verildiyi gün işdən ÇIXARILDI - FOTO

12:56 - 24 Fevral 2024

Baş direktor əmri verildiyi gün işdən ÇIXARILDI - FOTO

TƏBİB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsindən azad edilib.

 

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında-fevralın 23-də xitam verib.

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib. 

Qusar rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az