Bu rayonlara qar yağıb - Faktiki hava

09:32 - 26 Fevral 2024

Bu rayonlara qar yağıb - Faktiki hava

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə arabir qar yağıb.

Qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az