Uşaqlar arasında bu virus artmağa başlayıb - Valideynlərin NƏZƏRİNƏ

15:36 - 27 Fevral 2024

Uşaqlar arasında bu virus artmağa başlayıb - Valideynlərin NƏZƏRİNƏ

Koksaki virusları artıq uşaqlar arasında artmağa başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılov deyib.

O qeyd edib ki, bu virusa yoluxan zaman, əsasən, əl və ayaqda, göz ətrafında səpkilər olur.

“Səpkilər sulanan suçiçəyi səpkilərinə bənzəyir. Buna bəzən "əl-ayaq-ağız xəstəliyi" deyilir. Əsasən məktəbəqədər dövrdə daha çox rast gəlinir. Ağız içərisində yaralar olur, hərarət yüksəlir. Onun formaları var ki, hətta böyük uçuqlara da keçə bilər”,- deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az