Gimnastlarımız "Venera Cup 2024" Beynəlxalq turnirində 49 qızıl medal qazandı - FOTOLAR

17:20 - 09 Aprel 2024

Gimnastlarımız \"Venera Cup 2024\" Beynəlxalq turnirində 49 qızıl medal qazandı - FOTOLAR

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilə "Venera Cup 2024" beynəlxalq turniri başa çatıb.

 

Manset.az xəbər verir ki, İsrail, Türkiyə, Ukrayna kimi 7 ölkənin qatıldığı yarışda ümumilikdə 250 yeniyetmə gimnast  məharətlərini göstərib.

Sözügedən beynəlxalq turnirdə Azərbaycan təmsilçilərindən "ProSport" gimnastika klubunun 29 gimnastı fərqli kateqoriyalarda, fərdi və qrup çıxışları ilə yarışda  fərqləniblər. 
Klubun üzvü olan Gimnastlar ümumilikdə 49 qızıl, 8 gümüş və 5 bürünc medalla yarışı sonlandırıblar.

"Prosport" klubunun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli Yarışla bağlı bu fikirləri səsləndirib:

"Son 3 ay məhz bu yarışa fokuslanaraq intensiv hazırlıq gedirdi. Düşünürəm ki, məqsədimizə nail olduq.

Bayrağımızı Gürcüstanda qürurla qaldırdıq.

Məlumdur ki, ölkəmizdə digər sahələrə olduğu kimi, gimnastikaya ayrılan diqqət və qayğı göz önündədir. 

Azərbaycan gimnastikası böyük inkişaf yolu keçib. 

Ölkəmizdə gimnastların nailiyyətləri Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olub. 

Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya bu diqət və qayğı üçün öz minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Yeniyetmələr yarışa "Prosport" klubunun təsisçiləri beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli və Samirə Səlimzadənin rəhbərliyi ilə qatılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az